Lunex Estate – İstifadəçi Razılaşması Lunex Estate platformasından istifadə edən hər bir şəxs aşağıdakı şərtlərlə razılaşmış hesab olunur. 1. Ümumi qaydalar Lunex Estate daşınmaz əmlak elanlarının yerləşdirilməsi, alqı-satqısı və icarəsi üçün yaradılmış platformadır. Platformadan istifadə edən bütün şəxslər saytın qaydalarına əməl etməlidirlər. 2. Elan yerləşdirmə qaydaları Sayta yerləşdirilən bütün əmlak elanları düzgün və real məlumatlara əsaslanmalıdır. Saxta, yanlış və ya aldadıcı məlumatların yerləşdirilməsi qadağandır. 3. Elanların idarə olunması Lunex Estate platformasında yerləşdirilən əmlak elanları şirkət tərəfindən idarə oluna və satış üçün təqdim edilə bilər. Şirkət əmlakın satış və ya kirayə prosesində vasitəçi rolunu oynaya bilər. 4. Qiymət və satış prosesi Platformaya yüklənən əmlaklar mövcud bazar qiymətləri nəzərə alınaraq Lunex Estate tərəfindən satış və ya kirayə üçün təklif oluna bilər. Şirkət potensial alıcı və kirayəçilərin tapılması, danışıqların aparılması və satış prosesinin təşkilində vasitəçi xidmət göstərir. 5. Komissiya və xidmət haqqı Lunex Estate vasitəçiliyi ilə həyata keçirilən hər bir satış əməliyyatından əmlakın dəyərinin minimum 2%- 5% və ya əmlakın dəyərinə uyğun müəyyən edilən komissiya faizi xidmət haqqı kimi tutulur. Əmlakın kirayəyə verilməsi zamanı əldə olunan ilk kirayə ödənişinin 30%-i Lunex Estate tərəfindən xidmət haqqı kimi qəbul edilir. 6. Əlavə əməkdaşlıq razılaşması Zərurət olduqda Lunex Estate ilə əmlak sahibi, elan yerləşdirən şəxs və ya əməkdaşlıq edən tərəflər arasında ayrıca əməkdaşlıq müqaviləsi və razılaşma bağlana bilər. 7. Elanların yoxlanılması Lunex Estate platformaya yerləşdirilən elanları yoxlamaq, qaydalara uyğun olmayan elanları silmək və ya dərc etməmək hüququna malikdir. 8. Qadağan olunan elanlar Aşağıdakı elanların yerləşdirilməsi qadağandır: Saxta və ya mövcud olmayan əmlak elanları Qanunsuz fəaliyyətlə bağlı elanlar Aldadıcı və yanlış məlumatlar Başqasına məxsus əmlakın icazəsiz yerləşdirilməsi 9. Məsuliyyət Saytda yerləşdirilən elanların doğruluğuna görə elan yerləşdirən şəxs məsuliyyət daşıyır. Lunex Estate istifadəçilər arasında yaranan mübahisələrə görə məsuliyyət daşımır. 10. Məlumatların qorunması İstifadəçilərin şəxsi məlumatları qorunur və üçüncü şəxslərə ötürülmür. 11. Qaydaların dəyişdirilməsi Lunex Estate istənilən vaxt istifadə qaydalarına dəyişiklik etmək hüququna malikdir.